Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də Bakı şəhər sakini O.Bağırovun 65 manat pulunu quldurluq yolu ilə ələ keçirən paytaxt sakini O.Qədimov saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.