Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində regional şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Təzəkənd kənd sakini X.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 142 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatdan 2 kq-dan artıq marixuana aşkar edilib.
Şəmkir RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.