Median.Az xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalıncaq kəndi ərazisində, kənd sakini Ş.Seyidov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 775 kiloqram olan 750 ədəd çətənə kolu və qurudulmuş 4 kiloqram 680 qram marxiuana aşkar edilib.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.