Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının Abşeron rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahbuz rayon sakini R.İbrahimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 301 qrama yaxın heroin, "Gənclər Şəhərçiyi"ndə kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 1 kq. 210 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.