Qubada kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb.
Kəndin ərazisinə keçirilən baxış zamanı böyürtkən kolları arasında T.Balayev tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.