Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axatrışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Nəsimi rayonu ərazisində, kafelərin birində əcnəbi vətəndaşın, içərisində 140 manatı, 1300 dolları və mobil telefonu olan pulqabısını oğurlayan Bakı şəhər sakini V.Abdullayev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.