Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının əməliyyat tədbiri nəticəsində
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səmədovdan “TT” markalı tapança götürülüb.
Faktla bağlı CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.