Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da rayon ərazisindəki mağazadan 2200 manat pul və 2 ədəd mobil telefon oğurlayan əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakinləri V.Səmədov və T.Hüseynova saxlanılıblar.
Bundan başqa, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki mağazadan 700 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlayan paytaxt sakinləri F.İsmayılzadə və Ş.Sadıxov saxlanılıb, daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.