Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini Elvin Həmzəyevin CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il noyabrın 27-də Nərimanov rayonu ərazisində Elvin Həmzəyev aralarında baş vermiş mübahisə zamanı Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla xəsarət yetirib, nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həmzəyev Nərimanov RPİ 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iyulun 1-ə təyin edilib.