Median.Az xəbər verir ki, iyunun 19-da Astanlı kəndi ərazisində, kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” xidmətinə məlumat daxil olub.
Zərərçəkmiş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Neftçala RPŞ-nin əməkdaşları tərəfindən M.Məmmədov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.