Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.//milli.az