Kürdəmir şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş "Ziko" ləqəbli oğru saxlanılıb.
Median.Az report-a istinadən xəbər verir ki, bu, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Kürdəmir rayon sakini Səlimov Səbuhi Ağasəlim oğlu Kürdəmir RPŞ-ya ərizə ilə müraciət edərək, yaşadığı evin qarşısında olan anbardan ona məxsus avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. Həmçinin Kürdəmir şəhər qəbiristanlığından Məhərrəm İbrahimova məxsus bir ədəd su çəni və bununla yanaşı Kürdəmir rayon telekommunikasiya qovşağına məxsus 4 ədəd kanalizasiya qapağı oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni törədən şəxs 34 yaşlı şəhər sakini Şıxəliyev Ziyad Xasay oğludur. O, maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. İbtidai istintaq zamanı məlum olub ki, Ziyad Şıxəliyev qeyd olunan cinayətlərlə yanaşı, daha iki oğurluq hadisəsi də, törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır.