Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində, sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə kultivasiya yolu yetişdirdikləri 31 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.