Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də 2 nəfər əcnəbi turistin, kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlayan Bakı şəhər sakini A.Qasımova saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.