Səbail Rayon Polis İdarəsinin əməkdaşları özünü krandan atmaqla hədələyən kişini fikrindən daşındırıblar.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, intihara cəhd edən şəxs 37 yaşlı Fərhad Abışovdir.
Qeyd edək ki, F.Abışov 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızının qətlində şübhəli bilinir.
Ehtimal olunur ki, o, qadına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
13:14
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.
K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.
Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.
Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.
İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.//oxu.az