Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Masazır qəsəbəsindəki mağazada vətəndaş A.Çaruxçerə məxsus, içərisində 30.000 dollar dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlayan rayon sakini F.Hacıyev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.