Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Ataş Rəşidovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, cinayət ötən il avqustun 29-da Sumqayıt şəhərnin 12-ci mikrorayonunda baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən zərərçəkmişin həyatını xilas etmək mümkün olub.
Xatırladaq ki, ötən prosesdə A.Rəşidov ittiham üzrə özünü qismən təqsirli biib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Bəxtiyar Allahverdiyev bacısının “WhatsApp”ına yazıb:
“Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu öyrəndim. Bəxtiyarı “WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.
Zərərçəkmiş B.Allahverdiyev “WhatsApp”da tanımadığı nömrəyə salam yazdığını etiraf edib.
Məhkəmənin hökmü ilə təqdirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.