Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” və “Ford” markalı avtomobillərdən mobil telefonlar oğurlayan Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş H.Səfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.