Median.Az xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının məlumat əsasında Hənifə kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini S.Mirzəquliyevdən 21,5 kq-dan artıq marixuana götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.