Median.Az xəbər verir ki, martın 31-i saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulub, nəticədə piyada hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “KamAZ” markalı avtomaşınla törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan sürücü, Daşkəsən rayon sakini M.Sadıqov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.