Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əvəz Rzayevin (1960-cı il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 14-də Nicar Bayramov (1997-ci il təv.) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb və həkimləri səyi nəticəsində həyatı xilas olunub.
Həmin gün Xətai RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Əvəz Rzayev saxlanılıb və törətdiyi əməlini etiraf edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında həbs edilib.
-