Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini, 26 yaşlı Murad Abduyev saxlanılıb.
Onun kənddə yaşadığı evə baxış keçirilən zaman bir ədəd dibçəkdə hündürlüyü 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Abduyevin evindən qanunsuz olaraq saxladığı bir ədəd “TOZ-8” markalı silah aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
//oxu.az