Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki oyun zalndan 2845 manat dəyərində kompyuterlər və aksesuarlar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş L.Abuşov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.