Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini olan yeniyetmə qızı döyməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Xaşalov saxlanılıb.
Araşdırma zamanı onun, yanvarın 21-də daha bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirməsi məlum olub.
Xətai RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.