Median.Az xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Ədil Baxşıyev saxlanılıb.
Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram heroin aşkar edilib. Sonra Baxşıyevin Uzuntəpə kəndində yerləşən evində və həyətindəki yarımtikilidə əlavə 7 kq 375 qram heroin, 5 kq 135 qram tiryək və 815 qram metamfetamin götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.