Median.Az xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan qadının bank hesabından 3416 manat çıxararaq oğurlayan Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.