Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Gəncə şəhərində, mağazaların birindən 19 ədəd mobil telefon oğurlayan Samux rayon sakini A.Əlizadə saxlanılıb.
Hazırda onunla birgə cinayəti törədən şəxsin axtarışları davam etdirilir.
RPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq,qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.