Median.Az xəbər verir ki, Qazax RPŞ-nin əməkdaşları tərəfindən martın 3-də 1-ci Şıxlı kəndindəki evlərdən birinin həyətindən oğurluğa cəhd edən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Dılışov saxlanılıb.
Araşdırma zamanı onun, martın 1-nə keçən gecə 2-ci Şıxlı kəndindəki 2 evdən ümumilikdə 3255 manat və 150 dollaı oğurlaması müəyyən edilib.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.