Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1,679 qram heroin götürülüb, yaşadığı evə baxış keçirilərkən 13 kq. tiryək və 65 qram heroin aşkar edilib.
İş üzrə dindirilmiş R.Quliyev narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.