Median.Az xəbər verir ki, martın 3-ü gecə saat 2 radələrində Şəmkir şəhəri, E.Abdullayev küçəsindəki mağazadan Şəmkir Rayonlararası Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə yollanan polis əməkdaşları, orada şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəhər sakini T.Abbasovu saxlayaraq,
Şəmkir RPŞ-nə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.