Median.Az xəbər verir ki, DİN Nəqliyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.
Ondan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.