Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 26-da paytaxt sakini E.Səfərovun 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini R.Ağayev saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.