Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 423 manat oğurlayan və daha bir mağazadan oğurluğa cəhd göstərən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar S.Pənahov və A.Həsənov saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.