Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən fevralın 5-dək olan müddətdə, rayon ərazisindəki 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunmuş S.Əlizadə və 2 yeniyetmə saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.