Median.Az xəbər verir ki, Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də paytaxt sakini olan qadının, içərisində
90 manat və sənədlər olan pulqabısını oğurlayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.