Median.Az xəbər verir ki, fevralın 21-də Ərəbbəsrə kəndi ərazisində, kənd sakini Tahir Qafarovun gözətçi işlədiyi yerin yaxınlığında güllə yarası ilə öldürülməsi barədə Yevlax RPŞ-nə məlumat daxil olub.
Polis və prokurorluğ əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində T. Qafarovu münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qətlə yetirən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Habil Mirzəyev saxlanılıb.
Yevlax rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.