Median.Az xəbər verir ki, fevralın 20-i saat 12 radələrində Azadlıq prospektində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ş.Əmrahova vurulub.
Nəticədə piyada xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisə yerindən yayınan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.