Bakıda anasını yandıran şəxs dəlixanaya göndərildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Bakıda anasını yandıran şəxs dəlixanaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib. V.Kolosov təkrar ekspertiza üçün 1 saylı Respublika Psixatriya Mərkəzinə göndərilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 417 20.02.19 22:06