Xalq artistinin evindən seyfi oğurlayan şəxslərə hökm oxunub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Xalq artistinin evindən seyfi oğurlayan şəxslərə hökm oxunub - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Verdiyev, Yunis Hüseynli, Namiq Fərəcov və Cavid Əliyevin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2017-ci il avqustun 19-da naməlum şəxs və ya şəxslər Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Daxili İşlər Nazirliyininin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə daha iki nəfər- Sumqayıt şəhər sakinləri Cavid Əliyev və Natiq Fərəcov saxlanılıblar. A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə hesab edilən - heroin götürülüb.


Müəyyən edilib ki, dəstə üzvləri seyfin içindən götürdükləri pulu, həmçinin qızıl-zinət əşyaların satışından əldə etdikləri maddi vəsaiti aralarında bölüşdürüblər. Sonra isə, seyfi Sumqayıt ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.



İstintaqın gedişatında, xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov zərərçəkmiş qismində tanınıblar.


İbtidai istintaq dövründə taksi sürücüsü işləyən Asif Həmidovun əməli CM-nin 307-ci ( cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və o, azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə R.Verdiyev və C.Əliyev 8 il, Y.Hüseynli 7 il və N.Fərəcov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 536 20.02.19 11:30