Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Hüseynova barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Günel Hüseynova ötən il həbs edilib.
Günel Hüseynovanın insan alveri ilə məşğul olması və qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoyması məlum olub.