Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 120-ci (qəsdən adam öldürmə), 144-cü (adam oğurluğu) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutulub.
Saxlanılan şəxs Azərbaycana ekstradisiya olunub.