Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə yerləşən, istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və 5,1 kiloqrama yaxın marixuana aşkar ediblər.
Bundan başqa, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanılıblar. C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən 1 kq. 50 qram heroin götürlüb.
Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.