Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il yanvarın 4-də əcnəbi vətəndaşa məxsus, içərisində 17 manat, 2 ədəd mobil telefon və yaddaş kartları olan çantanı oğurlayan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərmanlı saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.