Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı polis bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov, fevralın 11-də qəsəbə ərazisindəki kafedə naməlum şəxsin onun sifətinə yumruqla vuraraq, 500 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Təmirazov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.