Şirvan rayonunda qətl hadisəsi törədilib.
Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.