Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rövşən Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan cəsədinin yaşadığı evdə tapılması barədə Sumqayıt ŞPİ və şəhər prokurorluğuna məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də qətli törədən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb. Araşdırma zamanı, öldürülən qadının Sumqayıt şəhərində sələmçiliklə məşğul olması məlum olub
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.