Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşları daxil olan məlumat əsasında, əvvəllər məhkum olunan S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə axtarış zamanı oradan
1 kq. 85 qram marixuana, 150,316 qram heroin və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.