Median.Az xəbər verir ki, fevralın 9-da Xətai rayonu, Zığ yolu küçəsində paytaxt sakini Sunay Vəliyevin (1980-ci il təv.) idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobil paytaxt sakini Müşfiq Əliyevi (1969-cu il təv.) vuraraq, onu öldürüb və hadisə yerindən qaçıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq, müdafiəçi ilə təmin edilməklə dindirilib.
Xətai RPİ İstintaq Şöbəsində CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və
264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.