Median.Az xəbər verir ki, fevralın 8-də Nərimanov RPİ 18-ci polis şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub. Zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.