Sumqayıtda mağaza və avtomobil oğruları saxlanıldılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |     12:22 Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq  |     12:21 Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?  |     12:19 Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək  |     12:18 Dünya bazarında neft qiymətləri artıb  |     12:17 Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb  |     12:15 Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular  |     12:12 İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB (FOTO)  |     12:10 Bərdədə kişi intihar edib  |     12:09 “Traktor”un ispaniyalı baş məşqçisi istefa verib  |     12:07 Azərbaycanda vəzifəli şəxs vəfat edib  |     12:05 Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA  |     11:56 Maştağada 51 yaşlı qadını avtomobil vurub  |     11:56 Həftəsonu qitənin yaşıl meydanlarında futbol həyəcanı - AFİŞA  |     11:54 Bakıda gənc qızı avtomobil vurub  |     11:51 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur  |     11:51 Bakıda ağır qəza: Xəsarət alanlar var  |    

Sumqayıtda mağaza və avtomobil oğruları saxlanıldılar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb.

Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlamışlar. "VAZ-2106" markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 221 09.02.19 19:18